Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:15

Suriya müxalifəti Homsa müşahidəçilər göndərməyə çağırır


Mühacirətdə olan Suriya müxalifətinin yaratdığı milli şura Ərəb Dövlətləri Liqasını Homs və ölkənin digər regionlarına təcili müşahidəçilər göndərməyə çağırıb.

Martdan bu yana Homs şəhərində istefa tələbilə kütləvi aksiyalar keçirilir, hökumət qoşunları şəhərdə reydlər keçirir,vaxtaşırı hökumət qoşunlarıyla müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşmalar olur.

Ərəb Dövlətləri Liqası müşahidəçilər missiyasının fəaliyyətinə şərait yaratmaq üçün ötən cümə axşamı Dəməşqə nümayəndə heyəti göndərib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG