Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:55

Moskvada keçirilən mitinqdə 100 mindən çox adam iştirak edir


Moskvanın Saxarov prospektində “Ədalətli seçki” tələbilə mitinq davam edir.
Təşkilatçıların sözlərinə görə mitinqdə 120 minədək adam iştirak edir.

Məlumatlara görə keçmiş maliyyə naziri Aleksey Kudrində camaatın arasındadır.

Mitinqdə müxalifət liderləri Vladimir Rıjkov, Boris Nemtsov , Harri Kasparov, yazıçı Boris Akunin, yazıçı və publisist Dimitri Bıkov, və digərləri çıxış ediblər.

Boris Nemtsov çıxış edərkən deyib:

“Oğru Kremldə oturmamalıdır.
Putinin qərərgah rəisi Qavoruxin bununla yüz faiz razıdır.
Putinsiz yeni iliniz mübarək, Putinsiz yeni iliniz mübarək , Rusiya azad olacaq, Rusiya azad olacaq”.

Müxalifətdə olan siyasi xadim İlya Yaşin isə deyib ki, biz qan, inqilab, vətəndaş müharibəsi istəmirik. Bizim istədiyimiz yalnız ədalətli seçkidir.

Həmçinin Sibir, Vladimostok və Uzaq Şərq də daxil olmaqla Rusiyanın bir çox regionlarında Ədalətli seçki tələbilə mitinqlər keçirilib.

Müxalifət dekabrın 4-də keçirilmiş Duma seçkisinin saxtalaşdırıldığını deyir.
XS
SM
MD
LG