Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:57

BMT Dəməşqdə törədilmiş partlayışı ittiham edib


BMT-nin təhlükəsizlik şurası cümə günü Dəməşqdə təhlükəsizlik xidmətinin binasında törədilmiş partlayışı ittiham edib.

Partlayış nəticəsində 44 adam ölüb.

Şuranın yaydığı bəyanatda ölənlərin yaxınları və Suriya xalqına başsağlığı verilsə də Suriya hökumətinin adı çkilmir.

Təhlükəsizlik şurasının üzvləri həli ki, Suriya rejiminə qarşı qətnamə layihəsində bir araya gələ bilmirlər.

Rusiyanın təklif etdiyi mətn Suriyaya qarşı kəskin sanksiyalar tətbiq edilməsini istəyən ölkələri qane etmir.

Həmçinin Suriyanın yaxın müttəfiqi olan İran Dəməşqdə törədilmiş partlayışı kəskin ittiham edib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG