Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:47

40 min adam Moskvada etiraz nümayişinə çıxacağını bildirir


Yabloko partiyasının Moskvada 17 dekabr mitinqi
Yabloko partiyasının Moskvada 17 dekabr mitinqi
-

“Ədalətli seçki uğrunda” şüarı ilə dekabrın 24-də Rusiyanın bir çox regionunda, o cümlədən də paytaxt Moskvada müxalifət nümayişləri keçiriləcək.

Mitinqdə çıxış edənlər arasında telejurnalist Leonid Parfyonov, keçmiş SSRİ lideri Qorbaçov, şahmat üzrə keçmiş dünya çempionu Kasparov, telejurnalist Pozner və başqaları var.

Mitinq təşkilatçıları qərara gəliblər ki, həm solçulara, həm sağçılara mikrofon veriləcək və bu zaman çalışılacaq ki, hamı təmsil olunsun.

Mitinq təşkilatçılarının hələlik əsas problemi millətçilərə mitinqdə tribuna verilməsi ilə bağlı yaranıb.

İnsan haqları fəalı Orlov təklif edir ki, irqçi bəyanatları ilə tanınanlara mitinqdə çıxış etməyə icazə verilməsin.

Mitinqdə isti yemək problemi də həll olunub. Moskva meriyası ilə razılaşdırılıb ki, mitinqə gələnləri isti yeməklə Fövqəladə Hallar Nazirliyinin səyyar mətbəxləri təmin edəcək.

Facebook və digər sosial şəbəkələrdə müxalifətin nümayişi, çıxış edənlərin siyahısı kimi məsələlər geniş müzakirə olunub. Çıxış edəcək adamların siyahısı internetdə müzakirələr əsasında müəyyən olunub.

İndiyə kimi təxminən 40 min adam sabah Moskvada nümayişə gələcəyini internet vasitəsilə bildirib.

Müxtəlif media vasitələri müxalifətin nümayişinə böyük diqqət yetirir.

Məsələn, RİA Novosti bildirib ki, bu nümayişi öz saytında 7 dildə - ingilis, alman, fransız, ispan, çin, ərəb və fars dillərində işıqlandıracaq. Bu dillərdə videoreportajlar verəcək.

Müxalifət dekabrın 4-də Dumaya seçkilərdə böyük pozuntular olduğunu bildirir və yeni seçki tələb edir.
XS
SM
MD
LG