Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:57

Fransanın xarici işlər nazirliyi Fransada 2000 türk tələbəsinin oxuduğuna işarə edir


Fransanın xarici işlər nazirliyinin sözçüsü Bernard Valero bu gün mətbuat konfransında Fransa Milli Məclisinin soyqırı haqda qanun layihəsinə Türkiyədən səslənən reaksiyalara cavab olaraq bildirib ki,
“Biz illərlə yaradılan Türkiyə-Fransa münasibətlərinin fundamentini saxlamalıyıq. Bu münasibətlər iqtisadi, kommersiya, investisiya sahələrini, universitetlər arasında əməkdaşlığı əhatə edir. Xatırladım ki, hazırda Fransada 2000 Türk tələbəsi var”.

Valero deyib ki, “indi bizə lazım olan əsəblərin sakitliyidir, özünü-idarədir. İctimai bəyanatlarda ehtiyatlı olmaq lazımdır. Bu, bizim narahatlığımızdır”.
XS
SM
MD
LG