Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:52

Budapeştdə müxalifət deputatları parlamentə heç kimi buraxmamaqla nümayiş etmək istəyiblər


Macarıstan polisi parlament binası qabağında etiraz nümayişindən keçmiş baş nazir Ferenc Gyurcsany və bir sıra deputatları tutub aparıb.

Solçu yaşıl LMP partiyasından olan deputatlar parlamentin qapısını kəsib digər deputatları parlamentə girməyə qoymurdular.

İndiki baş nazir Viktor Urbanın Fidecz partiyasının əksəriyyətdə olduğu parlamentin bu gün qəbul etməli qanunu müxalifət Fideczin hakimiyyətini möhkəmlətmək , demokratiyanı laxlatmaq hesab edir.

Gyurcsany və deputatları polis sonradan azad edib.
XS
SM
MD
LG