Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:43

B.Obama İ.Əliyevi ad günü münasibətilə təbrik edib


ABŞ prezidenti Barack Obama Azərbaycan prezidenti İlham Əliyevi 50 yaşı tamam olması münasibətilə təbrik edib.

B.Obama bəyan edib ki, ABŞ Azərbaycanla həyati əhəmiyyətli tərəfdaşlığı möhkəmləndirməyə tam sadiqdir:

«Ölkələrimiz arasında ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanan güclü əlaqələr qurulmuşdur və mən həyati əhəmiyyətli tərəfdaşlığımızın möhkəmləndirilməsinə tam sadiqəm. Biz ölkələrimizin səyləri ilə Avropanın enerji təchizatının şaxələndirilməsi, demokratik və iqtisadi islahatların aparılması, regional təhlükəsizliyin gücləndirilməsi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tam həllinə nail olunması kimi bir çox məsələlərdə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirəcəyik».

Obama təbrik məktubunda daha sonra yazır:

«Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə və ailənizə Yeni ildə ən xoş arzularımı diləyirəm. Sizi anadan olmağınızın 50 illiyi münasibətilə təbrik edirəm. Keçən ilin avqust ayında 50 illiyimlə bağlı göndərdiyiniz təbrik məktubundan məmnun oldum. Bu, həqiqətən də mühüm yubileydir və ümidvaram ki, Siz də mənim kimi bu doğum gününüzü ailənizlə, yaxın dostlarınızla birlikdə qeyd edəcəksiniz». /AzərTAc/

Dekabrın 24-də İlham Əliyevin 50 yaşı tamam olur.
XS
SM
MD
LG