Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:15
Vüsal Nurunun "Oxu zalı"na göndərdiyi "Yazıçı və mədəniyyətsizlik" məqaləsini təqdim edirik:


Vüsal Nuru

YAZIÇI VƏ MƏDƏNİYYƏTSİZLİK

Dəqiq bildiyim nüanslardan biri budur ki, Azərbycanda yazıçılarının kifayət qədər nümayəndəsi mədəniyyətsiz və ədəbsiz şəxslərdir.

Özlərinə umac ova bilmədikləri halda cəmiyyətə ərişdə kəsməyə çalışırlar. Hətta ağıllı, istedadlı və “seçilmiş şəxs” kimi görünməkdən də utanmırlar.

Onlar elə gəlir ki, hekayə, şeir, roman yazmaqla şəxsiyyət olmaq olar, hətta bunlar artıq olublar da. Əslində adi yazıçı etikasından min kilometrlərlə uzaqdırlar.

Belə yazıçıları müşahidə eləmək üçün bir ədəbii tətbirə getmək, kənardan müaşahidə eləmək qədər asan heç nə yoxdur. Elə götürək sıradan bir kitab təqdimatını.

Hamı yığışır. Müəllif tanıdığı, tanımadığı adamları dəvət edib. (Oxucu krizisinindən yaxasını qurtarmayan bir ədəbiyyat üçün yoldan keçənin də təqdimatda beş-on dəqiqə durması müəllif üçün böyük uğurdu.) Bu kasıb vaxtda hörmətlə çağrılan yazıçı “dost”lar özlərindən müştəbeh halda gəlirlər.

Bir topa burda, bir topa orda ağız-ağıza verirlər. Dalları çevrilir məclisin başında durana-kitabına görə dünyanın səadətini yaşayan, həyacanla sevinclə hamıya boylanan müəllifin üzünə.

Başlayırlar kitabın, müəllifin dalınca qeybətdən xırdalamağa. Hərəsi bir Cırtdan olur, divi

"Əvvəllər uzaqdan müqəddəs hesab elədiyim bəzi yaçıların alçaq könüllü, köntöy, kobud, ağzı söyüşlü, arvadbaz, qiybətcil, pulgir olduqlarını gördüm. Sual doğa bilər, yazıcı insan deyilmi? Axı sadalananlar insana məxsus xüsusiyyətlərdi? Cavab: Yazıçı insan deyil. Yazıçı insandan ayrılmış varlıqdı".
öldürməklərindən danışırlar. Amma kənardan görürsən ki, bunlar diin adı gələndə sıçan deşiyini satın alanlardı.

Bəzilərinə tədbirdə söz verilir. Lap elə bayaqdan özünü ağıllı göstərib, zəhləni tökənin birinə. Çıxır, özünü müəllifin can-ciyəri göstərir. İlk salamlaşmasından, söz verildiyinə görə təşəkküründən tutmuş, çıxışının son sözünə qədər saxta olduğunu görürsən. Qabağa çıxıb bağırmaq istiyirsən:

“Tfu! Ayıb olsun sənə. Bəs bayaqdan deyirdin “Bezdarnıdı. Ədəbiyyata dəxli yoxdur. Ondan yazıçı olmayacaq. Bekara kitabdı...”

Əksəriyyətindən eşitdim eyni söz var: “uşaqlara görə gəlmişəm, bunun tədbirinə görə yox ha”

Lənət şeytana, deyib dözürsən. O yazıçı, .... turac kimi gəlir. Yaxınlaşan kimi əkəsriyyətinin ilk sözü belə olur: “qoy sevinsin, elə bilir yazıçıdı də.” Ya da buna bənzər sözlər.

Yenə baxırsan ətrafına, tədbirə qulaq asan yoxdu. Kimsə özün öldürür orda, yazıçıların hərəsi bir tərəfdə dodaq dodağa verib. Qəribə burasındadır ki, o dodaq-dodağa verənlərin bir çoxu da əslində bir-birlərini bəyənmirlər.

İlk qənayətim: Bəzi yazıçılara qiybətləşmək, süpürgə, vedrə bağlamaq üçün yer lazımdır.

Elə bir yer ki, istədikləri vaxt gəlsinlər, topalaşsınlar, sonra da kiminsə kafesinə çay içməyə getsinlər. Ya da yazıçılara tərbiyə treninqləri keçirilməlidir. Master klasllar yazıçıda yazıçıya, kitaba hörmət, tədbirdə özünüidarə, çıxışda səmimiyyət kimi çox vacib mövzularda kurs keçirilməlidir. Düşünürəm ki, görəsən ədəbsiz yazıçıların sayı artarsa ədəbiyyatının adını dəyişib nə qoymaq olar?

Unutmamış onu da qeyd edim ki, bir-birinə vedrə bağlayan yazıçıların əksəriyyəti stol başında, əllərində “Vodka” dolu qədəhlə çox doğma və isti münasibətli görünürlər. Bəlkə də inanmayanlar olacaq, amma bir-birinin sağlığına içib, ayrılanda dalınca namusuna-qeyrətinə (yəni anasına, bacısına) söyənləri görmüşəm. (dəhşətlisi budur ki, səhər tədbirdə yenə öpüşüb görüşüblər)

Mütaliyədən görürəm ki, sovet yazıçısının əxlaq prinsipləri olub. Sovet yazıçısı özünü ədəb-ərkan nümunəsinə çevirməyə çalışıb. Bu gün bu prinsipi kimə aşılamağa çalışsan səni daş-qalaq edərlər ki, yazçı sərbəst olmalıdır, o çərçivəyə sığa bilməz. Sığmasın. Təfəkkürü, mədəniyyəti, əxlaqı daha dərinlərə, daha ənginliklərə getsin.

Yoxsa yanına şeir, hekayə gətirən qıza qənimət kimi baxmasın. Ona hörmətlə verilən kitabı aparıb tualetə qoymasın. Hörmətlə yanaşıldıqda borcluymuşsan kimi qarşılıq verməsin. Yazdığı bir iki nəsnəni gözə soxmasın.

Öz təcrübəmdən bilirəm ki, oxucu yazıçıya həmişə təmiz, əxlaqlı, müdrik, hətta əlçaltmaz şəxsiyyət kimi baxır. Amma təəssüf ki, (istisnalar var) yaxınlaşanda onun adi hərif olduğunu görürsən.

Əvvəllər uzaqdan müqəddəs hesab elədiyim bəzi yaçıların alçaq könüllü, köntöy, kobud, ağzı söyüşlü, arvadbaz, qiybətcil, pulgir olduqlarını gördüm. Sual doğa bilər, yazıcı insan deyilmi? Axı sadalananlar insana məxsus xüsusiyyətlərdi? Cavab: Yazıçı insan deyil. Yazıçı insandan ayrılmış varlıqdı.

Çünki sıravi insan yazıçı qədər düşünmür, müşahidə eləmir, başqasının yerinə yaşamır, yeni həyat, yeni aləm, yeni xarakterlər, obrazlar yaratmır. Yazıçı yaradıcıdı. Sıradan bir insan isə dağıdıcı.

Odur ki, bir yazıçının insana məxsus mənfi xüsusiyyətlərini özüylə daşımağa haqqı yoxdur. İnsanlıqdan yazıçılığa qalxan yazıçı, orbitə uçan raket kimi artıq olan gilizini atmalıdı.

Biz də bir çox yazıçının gilizi maqnitdən dir harda artıq nəsnə varsa cəzb edir, damdan yuxarı qalxa bilmir, danışanda göyün yeddinci qatından xəbər verir. Əgər yazıçı əxlaqlı deyilsə, kitaba hörməti, dəyər vermək qabiliyyəti yoxdursa, onda sıravi bir insanın xarakteri formalaşmaqda və sümükləşməkdə davam edirsə onun nəyi yazıçıdır?

Bu heç də əxlaq dərsi deyildi. Müşahidəm və qənaətimdir. İstəsəniz həqiqtlə razılaşmaya bilərsiniz.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG