Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

Fransanın səhiyyə nazirliyi PİP şirkətinin döş implantlarını çıxarmağa çağırır


Fransanın səhiyyə nazirliyi on minlərlə qadına müraciət edib ki, Fransanın PİP şirkətinin döş implantlarını çıxarsınlar.

Poly İmplant Prothese (PİP) hazırda müflisdir.

Ancaq o, müflis olana qədər dünyada 300 min döş implantı satıb.

Sonradan məlum olanda ki, bu implantda qeyri-tibbi silikon var, implant 2010-cu ildə qadağan olundu.

Fransanın səhiyyə nazirliyi bildirir ki, PİP-in döş impantları xərçəng xəstəliyi riski yaratmır və bu riski artırmır.

Nazirlik bildirir ki, PİP implantlarının tez yırtıldığı məlum olub, ona görə, hər ehtimala qarşı onlardan imtina edilsə, yaxşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG