Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:19

Tarixi məscidi söküb yerində böyüyünü tikirlər


Moskva rəhbərliyi Cümə Məscidinin ərazisinin artırılmasına razılıq verib

Moskvada 100 ildən çox tarixi olan Cümə Məscidinin yerinə daha böyüyünü tikirlər. Rusiya mətbuatının yaydığı məlumata görə, artıq Moskva şəhər rəhbərliyi Mərkəzi Cümə Məscidinin sahəsinin təxminən 5 min kv.metr artırılmasına (26,5 min kv.metrdən 31,2 min kv.metrədək) razılıq verib.

Yeni məscidin tikintisi 2013-cü ildə yekunlaşacaq. Burada böyük və kiçik ibadət zalları, həmçinin ruhani idarəsinin qərargahı yerləşəcək.

Moskva Cümə Məscidi bir neşə ay əvvəl sökülən binanın yaxınlığından inşa edilir. Əvvəlki məscid tarixi önəm daşıyırdı və tatar mənşəli xeyriyyçi Saleh Yerzinin maddi dəstəyilə salınmışdı.

Bu tarixi binanın sökülməsi yerli müsəlman icmaları tərəfindən ciddi etirazla qarşılaşmışdı. Onlar hesab edirdilər ki, köhnə məscidi bərpa etməklə yeni dini kompleksin çərçivəsində saxlamaq olardı.
XS
SM
MD
LG