Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:17

İraqın sünni vitse prezidenti şiə baş naziri günahlandırır


Iraqın sünni vitse prezidenti al Hashemi deyib ki, ölkədə son zorakılıq şiə baş nazir al Malikinin günahıdır.

BBC-nin Ərəb xidmətinə müsahibə verən al Hashemi deyib ki, al Maliki İraqda milli böhrana başlanğıc verdi və bu böhrana nəzarət çətindir.

Dünən Bağdadda onlarla partlayış olub, 69 adam ölüb.

Ancaq ən böyük qorxu ondandır ki, şiələrlə sünnilər arasında münaqişə başlansın.

Bir neçə gün əvvəl al Maliki hökuməti al Hesheminin həbsinə göstəriş verdi.
Al Hashemi isə İraqın kürd regionuna sığınıb.
XS
SM
MD
LG