Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Çinli yazıçıya “dövlət çerilişinə çağırış” ittihamı ilə 9 il həbs cəzası verdilər


Çində dissident yazıçı Çen Veyi “dövlət çerilişinə çağırış”da təqsirli bilib 9 il müddətinə azadlıqdan məhrum etdilər.

Məhkəmə yazıçını İnternetdə çap etdirdiyi və Çin Kommunist Partiyasını tənqid edən esselərinə görə məhkum edib.

Məhkəmə 3 saatdan az davam edib. Hökm elan ediləndən sonra isə yazıçı bəyan edib ki, “onsuz da demokratiya qəti qələbə çalacaq və diktatorlar devriləcək”.

42 yaşlı Çen Veyi bu ilin fevralında həbs etmişdilər. O zaman Çinin hüquq-mühafizə orqanları İnternetdə çinliləri ərəb inqilablarından nümunə götürməyə çağıran yazılarla bağlı ölçü götürməyə başlamışdılar.

Dissident bundan qabaq da həbsdə olub. 1989-cu ildə onu Pekindəki nümayişlərdə iştirakına görə tutmuşdular. Yazıçı 1990-cı ildə azadlığa çıxsa da, 4 il sonra yenidən dəmir barmaqlıqlar arxasına göndərilmişdi. Ona “əksinqilabi fəaliyyət və qızışdırıcılıq” ittihamı ilə 5 illik cəza kəsilmişdi.

Ən çox tanınan çinli dissident də ədəbiyyat sahəsinin adamıdır. Ədəbi tənqidçi, yazar, Çin PEN mərkəzinin keçmiş sədri Lyu Xyabo hazırda 11 illik həbs cəzasını çəkməkdədir. Həbsdə olarkən - 2010-cu ildə ona Nobel sülh mükafatı verilib.

Frans press agentliyinə istinadla
oxuzalı.az

Günün bütün mövzuları

XS
SM
MD
LG