Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

Azərbaycan gözləmə mövqeyi tutur


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
«Onlar 100 il öncə baş verən hadisəyə münasibət bildirirlərsə, onda Xocalı soyqırımına, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə də münasibət bildirsinlər».

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa parlamentində müzakirəyə çıxarılan «erməni soyqırımı»na dair qanun layihəsinə münasibət bildirərkən deyib.

Qanun layihəsində deyilir ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında erməni soyqırımını inkar etmək cinayət sayılır.

E.Məmmədyarov bildirib ki, belə bir qərar problem yaratmaqdan başqa bir şeyə xidmət etmir. Amma o, Azərbaycanın Fransaya qarşı konkret hansı addımlar ata biləcəyini açıqlamayıb:

«Qanun layihəsinin qəbulu hələlik birinci mərhələdədir, hələ ki, prosesi izləyirik».

Üstəlik, E.Məmmədyarov ATƏT-in Minsk Qrupunda Fransanın təmsilçiliyinin Qarabağ probleminin ədalətli həllinə ciddi maneə yaradacağını düşünmür:

«Minsk Qrupunun Fransadan olan sabiq həmsədri Bernard Fassier regiona son səfəri zamanı Azərbaycan torpaqlarının işğalı faktını etiraf edib. Bu həqiqəti hamı dərk və etiraf etməlidir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG