Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:24

Əfv siyahısına düşənlər, Əhəd Abıyevin Masallı haqda dedikləri...


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Azərbaycan» qəzeti mərhum jurnalist Nəsir İmanquliyevin xatirəsinə həsr olunmuş təntənəli mərasimdən reportaj yayıb.

Mərasimdə ölkə prezidentinin xanımı Mehriban Əliyeva da iştirak edib. Nəsir İmanquliyev onun ana babası olub.

Qəzet yazır ki, jurnalistin nəvələri - Mehriban Əliyeva və bacısı Nərgiz Paşayeva Nəsir İmanquliyevin xatirəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Baş nazirin müavini Elçin Əfəndiyev isə Nəsir İmanquliyevi «Azərbaycan jurnalistikasının mötəbər ağsaqqalı» adlandırıb.

«Yeni Müsavat» qəzeti keçmiş deputat, Daşkəsənin icra başçısı Əhəd Abıyevdən Masallıda keçirilən aclıq aksiyası ilə əlaqədar onun adının hallanmasına münasibət öyrənib. Əhəd Abıyev deyib: «Mən 8 aydır Masallıya getmirəm. Getməyə vaxt da tapa bilmirəm. Masallıda baş verənlərin mənə heç bir aidiyyəti yoxdur. Mənim adımı bu işlərdə hallandırıb diqqəti yayındırmaq istəyirlər. Bu, yolverilməzdir. Kimlərsə rayonda qarşıdurma yaradırsa, ən şərəfsiz, ən əqidəsiz adamdır. Mən də icra başçısıyam, imkanım olsa deyərəm ki, belə hərəkətlərə yol verməyin. Problemlər varsa, gedin icra başçının qəbuluna, işinizi həll edin. Nəyə lazımdır belə söz-söhbət?».

«Bizim yol» qəzeti iddia edir ki, hazırlanan əfv siyahısında keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin və onun qardaşı Rafiq Əliyevin də adı olacaq. Rəsmi mənbələr bu məlumatı təsdiqləmir.

«Azərbaycan» qəzeti prezident İlham Əliyevin Bakıdakı Əjdərbəy məscidində olmasından yazır: «Məsciddə yaradılmış şəraitlə tanış olan Azərbaycan prezidentinə və xanımına məlumat verildi ki, təmir-bərpa işlərindən sonra burada eyni vaxtda üç minə yaxın mömin ibadət edəcək. Ümumi sahəsi 4 min kvadratmetr olan məscidin həyətində də ibadət üçün xüsusi sahə ayrılıb».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG