Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:49

Bəxtiyar Hacıyevlə bağlı yeni kampaniyaya başlanıb


Gənc fəal Bəxtiyar Hacıyevin həbsdən azad olunması ilə bağlı İlham Əliyevə müraciətlər olunmağa başlayıb.
2 gün ərzində prezidentə ünvanlanan müraciətlərin sayı 333-ə çatıb.
Dekabrın 21-dən Facebook sosial şəbəkəsində başlanan kampaniyaya Afrikadan tutmuş Avropaya qədər bir çox ölkələrdən qoşulanlar var.
Kampaniyanı Harvard məzunlar şəbəkəsi, Bəxtiyar Hacıyevin bir müddət rəhbərlik etdiyi AIESEC məzunları, üzvləri və onun üzvü olduğu EEYPL (Avropa və Avrasiya Gənc Siyasi Liderlər Şəbəkəsi) şəbəkəsi başlayıb.
Gənc fəal, keçmiş deputatlığa namizəd, ABŞ-ın Harvard universiteti məzunu Bəxtiyar Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib.
O, qanuni əsas olmadan hərbi xidmətdən yayınmada təqsirli bilinib.
Bakıdakı Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri onun həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğuna inanır.
XS
SM
MD
LG