Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:59

Türkiyə Fransa ilə hərbi əməkdaşlığı dayandırıb


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa ilə hərbi əməkdaşlığın dayandırıldığını bəyan edib.

O Fransanın hərbi təyyarələrinin Türkiyə ərazisində yerə enməsi və hərbi gəmilərinin Türkiyə limanlarına yan almasının qadağan edildiyini bildirib.

Həmçinin Türkiyənin Fransadakı səfiri bu gün geri çağrılıb.

Buna səbəb Fransa Milli Məclisinin aşağı palatasının 1915-ci il Osmanlı imperiyası dövründə erməni qırğınının soyqırım kimi tanınmamasını cinayət sayan qanun qəbul etməsi olub.

Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Fransaya qarşı bir sıra tədbirlər görüləcəyini bəyan etmişdi.

Gələn ilin fevralında Fransa senatında müzakirəyə çıxarılacaq sənəddə
bunu inkar edən və ölü sayını azaldanların 1 il həbs cəzasına məhkum edilməsi və ya 45 min avro cərimə olunması nəzərdə tutulur.

Ermənistan 1915-ci ildə Türkiyədə milyon yarım erməninin qətlə yetirildiyini təkid edir.

Türkiyə isə bu rəqəmin şişirdildiyini və həmin vaxt baş vermiş vətəndaş müharibəsində hər iki tərəfdən itkilər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG