Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:03

Azərbaycana yeni döyüş vertolyotları gətirilib


Dekabrın 22-də prezident İlham Əliyev hava limanında olan Mi-35m tipli döyüş vertolyotlarına baxıb. Vertolyotları prezidentə Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev təqdim edib. Prezidentə bildirilib ki, Azərbaycana gətirilən vertolyotlar dünyada mövcud olan ən müasir vertolyotlardan hesab olunur və hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir.
Rusiya istehsalı olan hərbi vertolyotların ən müasir silahlarla təchiz olunduğu qeyd edilib. Bildirilib ki, hədəfi dəqiq zərərsizləşdirmək qabiliyyətinə malik vertolyotlar S-8 və S-13 idarəolunmayan raket kompleksləri, QŞ-23 qoşalüləli pulemyot və “şturm” və “ataka” tipli idarə olunan raketlərlə təchiz edilib. Vertolyotların istənilən hava şəraitində 360 dərəcə altında bütün hədəfləri müşahidə etmək və zərərsizləşdirmək imkanına malik olduğu bildirilib. (Azertac)
Azərbaycana gətirlinən vertolyotların sayı barədə məlumat verilmir. Amma Rusiya mənbələrinə görə, Azərbaycan 24 belə vertolyotun alınması ilə Rusiya tərəfinə sifariş verib.
XS
SM
MD
LG