Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:07
Əfv Məsələləri Komissiyasının hazırladığı siyahıda 100 nəfərin adı var. Bunu “Media forum” saytına Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova deyib. Onun sözlərinə görə, ümumilikdə 300-dən çox müraciətə baxılıb:
“Siyahı hazırlamışıq və orada 100 məhbusun adı var. İndi yalnız sərəncamın imzalanmasını gözləyirik”.
İlin sonunda prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənir.
Sonuncu əfv fərmanı 2011-ci il mayın 26-da imzalanıb. Əfv ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında jurnalist Eynulla Fətullayev də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG