Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:47

Türkiyə Fransadakı səfirini geri çağırıb


Türkiyə Fransadakı səfirini geri çağırıb.

Buna səbəb Fransa Milli Məclisinin aşağı palatasının 1915-ci il Osmanlı imperiyası dövründə erməni qırğınının soyqırım kimi tanınmamasını cinayət sayan qanun qəbul etməsi olub.

Gələn ilin fevralında Fransa senatında müzakirəyə çıxarılacaq sənəddə
bunu inkar edən və ölü sayını azaldanların 1 il həbs cəzasına məhkum edilməsi və ya 59 min dollar cərimə olunması nəzərdə tutulur.

Türkiyə bu addımın ikitərəfli münasibətlərə xələl gətirəcəyini xəbərdarlıq edib.

Baş nazir Rəcəb Tayyib Ətrdoğan Fransaya qarşı bir sıra tədbirlər görüləcəyini bildirib.

Ermənistan 1915-ci ildə Türkiyədə milyon yarım erməninin qətlə yetirildiyini təkid edir.

Türkiyə isə bu rəqəmin şişirdildiyini və həmin vaxt baş vermiş vətəndaş müharibəsində hər iki tərəfdən itkilər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG