Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

Fransada erməni qırğınını soyqırım saymayanlara qarşı qanun qəbul edildi


Fransa Milli Məclisinin aşağı palatası Osmanlı imperiyası dövründə erməni qırğınının soqyqırım hesab edilməməsini cinayət sayan qanun qəbul edib.

Fransa formal olaraq 2001-ci ildə həmin dövrdə törədilmiş qırğınları soyqırımı kimi tanıyıb.

Yeni qanunda bunu inkar edən və ölü sayını azaldanların 1 il həbs cəzasına məhkum edilməsi və ya 59 min dollar cərimə olunması nəzərdə tutulur.

Türkiyə bu addımın ikitərəfli münasibətlərə xələl gətirəcəyini xəbərdarlıq edib.

Baş nazir Rəcəb Tayyib Ətrdoğan Fransaya qarşı bir sıra tədbirlər görüləcəyini bildirib.

Əslən Türkiyədən olan minlərlə Fransa vətəndaşları Parisdə Parlament binasının qarşısında etiraz aksiyasına çıxıblar.

Ermənistan 1915-ci ildə Türkiyədə milyon yarım erməninin qətlə yetirildiyini təkid edir.

Türkiyə isə bu rəqəmin şişirdildiyini və həmin vaxt baş vermiş vətəndaş müharibəsində hər iki tərəfdən itkilər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG