Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:20

Namus üstündə öldürülən qadınların sayı artır


Pakistanda qanunsuz seksual əlaqədə olduğuna görə yüzlərlə qadını qətlə yetiriblər

Bu ilin 10 ayında Pakistanda 675 qadın namus üstündə öldürülüb. Yerli hüquq müdafiəçiləri deyirlər ki, rəsmi rəqəmlər azalsa da, reallıqda bu cür cinayətlərin sayı ildən ilə artır. Belə ki, 2010-cu ildə 791 qadın, 2009-da isə 600 qadını kişilər tərəfindən öldürülüb. Bu haqda Pakistanın İnsan Haqları üzrə Komissiyası məlumat açıqlayıb.

AzadlıqRadiosunun məlumatına görə, bu yaxınlarda Pakistanda namus üstündə qətllərin qarşısının alınmasına yönələn yeni hüquqi qayda qəbul edilib. Bu sənəd həmçinin KİV-in də bu hadisələr haqqında daha açıq yazmağa icazə verir. Amma vətəndaş cəmiyyəti üzvlər hesab edir ki, hələ bu sahədə görüləsi çoxdur.

Pakistanın İnsan Haqları üzrə Komissiyasının (HRCP) baş məsləhətçisi Zaman Xan qadınlara qarşı zorakılıq hallarının artdığını hesab edir:

“Ən pisi odur ki, əvvəllər kənd yerləri, ucqar rayonlar üçün xarakterik olan bu cür olaylar indi şəhərə keçməyə başlayıb. Hamı ictimai həyatda qadınların rolunun artdığını etiraf edir, amma onlara qarşı zorakılıq azalmır”.

Pakistan hökuməti bu tendensiyanın qarşısını almaq məqsədilə yeni qanun qəbul edilib. Qanuna görə, qadınlara qarşı cinayət törədənləri yüksək cəza gözləyir. Həmçinin, məcburən ərə verilən, boşanan qadınların hüquqlarının müdafiəsi artırılıb.

Zaman Xan deyir ki, artıq media məsələyə maraq göstərməyə başlayıb, qəzetlərdə daha çox maarifləndirici məqalələr yayılır. Eyni zamanda polis də bu cür qətl hadisələrini sənədləşdirməyə, qeydə almağa başlayıb.

Bununla belə hüquq müdafiəçisi əmindir ki, hələ də ictimaiyyət belə cinayətlərin əksəriyyətindən xəbər tutmur:

“Xüsusilə də ucqar bölgələrdə yerli adət-ənənələrə görə insanlar bu cür qətlləri dəstəkləyir, gizli saxlayırlar. Durumun bu səviyyəyə gəlib çıxmasında dini ekstremizm də müəyyən qədər rol oynayır”.

Komissiyanın araşdırmaları göstərir ki, bu il ərzində qətlə yetirilən 675 qadının 71 nəfəri 18 yaşından kiçikdir. Ötən il öldürülən 791 qadının yarısından çoxu qanunsuz seksual əlaqədə ittiham olunublar. Daha 129 qız isə ailəsinin razılığı olmadan ərə getdiyinə görə qətlə yetirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG