Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:54
Ağcabədinin Aşağı Qiyaməddinli kənd sakini Şöhlət Haqverdiyev AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir ki, kənd orta məktəbinin 4-cü sinfində oxuyan nəvəsi Bəxtiyar Şöhlətov məktəbdə sinif yoldaşı ilə dalaşarkən bir gözünü itirib. Sinif yoldaşı onun gözünə içki şüşəsi ilə xəsarət yetirib. Ancaq Şöhlət Haqverdiyev nəvəsinin başına gələnlərdə məktəb rəhbərliyini günahlandırır:

«DİREKTOR İŞ VAXTI YEMƏKXANALARI GƏZİR»

«Məktəbdə sinif yoldaşı nəvəmin sol gözünü vurub töküb. Hadisə baş verəndə məktəb rəhbərliyi yerində olmayıb. Hesab edirəm ki, nəvəmin gözsüz qalmasında məktəb direktoru günahkardır. Direktor dərs vaxtı yeməkxanalarda gəzir. Uşaqlar nəzarətsiz qalır. Hadisə noyabrın 22-də baş verib. Uşağı apardıq rayon xəstəxanasına, ordan göndərdilər Bakıya, gözünün içərisindəki kapillyarlar kəsilmişdi. Zərifə Əliyeva adına Göz Xəstəxanasında əməliyyat etdilər, uşağın gözünə 24 tikiş qoydular. Görmə qabiliyyəti tamam itib. Gələcəkdə bir gözü görməyə də bilər. 22 noyabrda olub. Heç kəs məsuliyyətə alınmır. Elə bil belə hadisə olmayıb. Direktor deyir əliniz hara çatır, şikayət edin».

«BAŞÇIYA DA DEDİM Kİ, HƏMİN VAXT RESTORANDA OLMUŞAM»

Aşağı Qiyaməddinli kənd orta məktəbinin direktoru Musa Məmmədov baş verənləri təsadüfi hadisə adlandırır:

- Uşaqlar tənəffüs vaxtı meydançada butulkaları göyə atıb göydə bir-birinə çırpırlarmış. Butulkanın biri sınıb gəlib dəyib uşağın gözünə. Buna görə mən neyləyim? O uşağın babası ilə keçən həftə icra hakimiyyəti başçısının qəbulunda da olmuşuq. Tələb edir ki, mən işdən çıxarılım. Başçı onu başa saldı ki, bu, təsadüfi hadisədir. Direktor sənin nəvənin gözünü tökməyib.

- O şikayət edir ki, məktəb direktoru iş vaxtı iş yerində tapılmır. Məktəbdə nizam-intizam nəzarətsizdir.

POLİS ARAŞDIRMA APARIR

- Həmin vaxt mən qonşu məktəbin direktoru ilə restorana bir yaxın adamın xeyir işinə getmişdim. İcazəm var idi, yerimə də işçi qoyub getmişdim. Başçıya da dedim ki, hadisə baş verəndə, restoranda olmuşam. Uşağın babasının şikayəti varsa, nə deyirəm ki, versin məni məhkəməyə, orda danışaq.

Şöhlət Haqverdiyev isə deyir ki, nəvəsinin başına gələnlərlə bağlı polisdə araşdırma aparılır. Ancaq məsuliyyətə alınan yoxdur. O, məktəb direktoru ilə bağlı məhkəməyə şikayət etmək fikrindədir.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG