Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Fransa səfirliyi qarşısında etiraz aksiyası olub


Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvləri Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyada «Fransa parlamenti, ədalətli ol!», «Sarkoziyə ar olsun!», «Fransa xalqı, Sarkozini dayandır!», «Qarabağı işğal edən Ermənistana yardımı dayandır!» kimi şüarlar səsləndirilib.

Sonra aksiya iştirakçıları adından bəyanat oxunub və səfirliyə təqdim olunub.

BDM-in sədri İsmayıl Ağayev «APA»ya açıqlamasında bildirib ki, aksiya Fransada «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinə etiraz olaraq keçirilir:

«Əsas məqsədimiz türkiyəli qardaşlarımıza dəstək olmaqdır. Dünya ictimaiyyətini fransızların qeyri-qanuni hərəkətlərinə göz yummamağa çağırırıq. Əvvəlcə 20 il bundan əvvəl baş vermiş Xocalı faciəsinə düzgün qiymət versinlər. Fransa birmənalı olaraq Ermənistanı müdafiə edirsə, onda Minsk Qrupu həmsədrliyindən çıxmalıdır».
XS
SM
MD
LG