Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:34

Misirdə parlament seçkisinə səsvermənin növbəti raundu başlayır


Bu gün Misirdə parlament seçkisində səsvermənin növbəti raundu keçirilir. Səsvermə ərəfəsində Qahirədə 5 gün iğtişaşlar baş verib, 15 adam ölüb.

Gözlənir ki, uzun müddət fəaliyyəti qadağan olunmuş islamyönlü "Müsəlman qardaşları"nın liderliyi artsın.

Yanvarın 11-də səsvermənin nəticələri bilinəcək.

Misirin hərbi keçid şurasının rəhbərliyi bildirib ki, parlament yanvarın 23-də toplaşa biləcək.

Sabiq prezident Hüsnü Mübarəkin istefasından sonra Misirdə dekabrın 23-də yenidən etiraz aksiyaları keçirilib. İştirakçılar ölkədə hərbi hakimiyyətə son verilməsini istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG