Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:52

Gənclərə dövlət qayğısı, bağlı qapılar arxasındakı müəmma...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azərbaycan» qəzeti yazır ki, «Gənc nəsil yüksək dövlət qayğısı ilə əhatə olunur».

Qəzet 2011-ci ildə ən yadda qalan hadisələrdən birinin «Eurovision 2011» mahnı müsabiqəsində qazanılan qələbə olduğunu yazır.

«Eldar-Nigar dueti Avropa musiqi müsabiqəsində təkcə sənət zirvəsinə yüksəlmədi, həm də ölkəmizi reklam etdi. Dünyanın saysız-hesabsız kütləvi-informasiya vasitələri istər-istəməz Azərbaycandan danışmalı oldular. Odlar yurdunu indiyə qədər neft ölkəsi kimi tanıyanlar bu diyarın həm də musiqi, incəsənətlə nəfəs aldığını yəqinləşdirdilər», - deyə yazıda qeyd olunur.

«İnsanları alçalda-alçalda bu gün üçün saxlayırdılar». Bunu «Azadlıq» qəzetinə müsahibəsində bir müddət əvvəl Neft Akademiyasında kafedra müdirliyindən çıxarılan akademik Rafiq Əliyev deyib:

«İnsanları alçalda-alçalda bu gün üçün saxlayırdılar. Kiməsə böhtan atmaq, kiməsə qara yaxmaq üçün. Çox yaxşı bilirdilər ki, bu adamlardan nə akademik olar, nə böyük bir yazar. Amma onları hazırlayırdılar ki, sabah lazım olacaq. Bu adamlara mən necə ziyalı deyim. Vallah onlara yazığım gəlir».

Rafiq Əliyev ölkədəki ədalətsizliyə də toxunub: «Belə ədalətsizlik olmaz, biri ilan olan zirzəmidə yaşayır, birinin 17 villası var. Mənim vicdanım varsa, bunlara dözə bilmərəm…».

«Bizim yol» qəzeti Masallıdakı «Bağlı qapılar arxasındakı müəmma»dan yazır. Hüquq-müdafiəçiləri və jurnalistlər AXCP Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və oğlunun həbs şəraiti tanış olmaq istəsələr də, bir hüquq müdafiəçisindən başqa heç kimi görüşə buraxılmayıb.

«Yeni Müsavat» qəzeti AXCP sədri Əli Kərimlinin fikirlərinə yer verib. O, hakimiyyətin inqilabı önləmək üçün var gücü ilə çalışdığını deyir:

«Repressiyaların gücləndirilməsi diktatorların dərdinə dərman deyil».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG