Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

İlham Əliyev Qırğızıstan prezidentini ölkəyə dəvət edib


Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Moskvada Qırğızıstan Prezidenti Almazbek Atambayev ilə görüşüb.

Görüşdə dövlət başçısı Almazbek Atambayevi Qırğızıstan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

İki dövlət arasında münasibətlərin yaxşı perspektivləri malik olduğunu deyən İlham Əliyev əminliyini bildirib ki, ölkələr bir-birini daim dəstəkləyəcək.

Dövlət başçısı Qırğızıstan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Almazbek Atambayev ona müsbət cavab verib.
XS
SM
MD
LG