Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:29

Ərəb Liqası Suriyada monitorinqə başlayır


Ərəb liqası rəsmiləri Suriyaya gəliblər. Onlar Ərəb sülh planının tənzimlənməsində monitorinq aparacaqlar.

Ərəb liqası nümayəndə heyəti Suriyaya Bashar Assad rejiminə qarşı keçirilən etiraz aksiyalarında ən qanlı gün adlandırdıqları gündən sonra gəliblər.

Fəallar deyirlər ki, Suriya hərbi qüvvələri dekabrın 20-də 100-dən çox adam öldürüblər.

Fransa bu qətli "misli-bərabəri olmayan qırğın" adlandırıb, ABŞ isə hesab edir ki, Suriya zorakılığı dayandırmaqla bağlı vədini kobudcasına pozub. Vaşinqton Bashar Assadi yenidən istefaya çağırıb.

Fəallar bildiriblər ki, ötən 48 saat ərzində öldürülənlərin sayı 200-ü ötüb.
XS
SM
MD
LG