Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:26

Türkiyə Fransaya qarşı addımlarını açıqlayacaq


Fransa və Türkiyə arasında gərginlik yüksəlir. Fransa millət vəkilləri İ dünya müharibəsi zamanı Türkiyədə ermənilərə genosid törətməyin inkar olunmasının cinayət sayılması barədə qanun layihəsini müzakirə etməyə hazırlaşır. Qanun layihəsində bunu inkar edəni bir illik həbs və 45 min avro cərimə gözləyir.

Müzakirələrin bu gün parlamentdə olacağı gözlənir. Türkiyə bəyan edib ki, bu qanun layihəsinin qəbulu iki ölkə arasındakı münasibətləri korlayacaq.

Ölkənin baş naziri Rəcab Tayyip Erdogan deyib ki, o, bu gün Fransaya qarşı atılacaq bir neçə addımı elan edəcək.

Ankara Osmanlı imperiyasının hakimiyyəti zamanı ermənilərə qarşı genosid olduğunu rədd edir, bildirir ki, İ dünya müharibəsi zamanı erməni hərbçiləri tərəfindən çoxlu türk və kürd də öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG