Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:17

Medvedevin məsləhətçiləri müxalifətin tələblərinə qoşulur?


Prezident Dmitry Medvedev (sağda) və Baş nazir Vladimir Putin tərəfdarlarını hakim Vahid Rusiya Partiyasına dəstək verməyə çağırırlar. 1 dekabr 2011
Prezident Dmitry Medvedev (sağda) və Baş nazir Vladimir Putin tərəfdarlarını hakim Vahid Rusiya Partiyasına dəstək verməyə çağırırlar. 1 dekabr 2011
Rusiya Prezidenti Yanından İnsan Haqları və Vətəndaş Cəmiyətinin İnkişafı Şurası Duma seçkiləri zamanı pozuntularla bağlı kəskin bəyanat qəbul etməyə hazırlaşır.

Şuranın üzvü, politoloq Dimitri Oreşkin bildirib ki, hazırda sənəd üzərində iş gedir və onun müəllifləri çox kəskin mövqedədilər.

İnterfaks agentliyinin məlumatına görə, bəyanatın layihəsi dekabrın 23-də keçiriləcək növbəti iclasda artıq səsverməyə çıxarıla bilər.

Bu seçkinin saxtalaşdırılmasına görə yeni seçki tələbilə Rusiya müxalifəti indiyə qədər bir neçə dəfə etiraz aksiyaları keçirib, bu həftənin sonunda da yeni kütləvi etiraza hazırlaşır.

Şuranın bir neçə üzvü bu günkü iclasda bildirib ki, sənədə yeni seçki keçirilməsilə bağlı məsələ salınmalıdır.

Şənbə günü Rusiyanın bir çox şəhərlərində “Ədalətli seçki” tələbilə etiraz aksiyaları gözlənilir.

Həmçinin şura Yukos neft şirkətinin keçmiş rəhbəri Mikhail Khodorkovsy haqqında ikinci cinayət işi ilə bağlı aparılmış müstəqil ekspertizanın nəticələrini açıqlayıb.

Ekspertlər şirkətin hazırda həbsdə olan keçmiş rəhbərləri Khodorkovski ilə onun həmkarı Platon Lebedevin hərəkətlərini cinayət hesab etmək üçün heç bir əsas görmədiklərini deyirlər.

Şuranın üzvləri prezident Dmitry Medvedevə işə qarışmağı və hökmün qanunsuzluğu ilə bağlı baş prokurorluğa müraciət etməyi təklif ediblər. Öz şirkətini talamaqda ittiham olunan Khdorkovsky 13.5 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG