Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:27

Nardaranda nisyə çörək alanlar çoxalıb


Nardaran
Nardaran
- Çörəyi də nisyə alan varmı?
- Bilirsiz nə qədər....
- Çörəyə görə ən çox borc nə qədərdir?
- 40 manat, 50 manat. Kənd sakinidir, hamı bir-birini tanıyır, qohum-qardaşdır, alır, pulu olmur verməyə, neynəməliyəm ki? Kənddə vəziyyət xarabdır.

500 MANAT MAĞAZAYA BORCLUYAM

Bakının Nardaran kəndindəki çörək mağazasının satıcısı Samir deyir kənddə az adam tapmaq olar ki, çörəyə görə borcu olmasın. Onun sözlərinə görə, əvvəllər digər ərzaq mallarını nisyə götürən həmkəndliləri son dövrlər çörəyi də nisyə almağa başlayıblar:

- Səhər nə qədər çörək gətirmişdiniz?
- 80 çörək gətirmişdim 24-ü qalıb.
- Nə qədəri nisyə alınıb?
- 13-ü. Bu gün hələ nisyə götürənlər az olub.

Kənddəki digər ərzaq mağazalarında borcun məbləği və borcluların sayı daha çoxdur.
- Hər şeyi burdan nisyə aparıb yeyirik.
- Mağazaya nə qədər borcunuz var?
- 500 manat borcluyam. Kənd sakinidir də deyirəm balalarım evdə ac qalıb, o da biz söz deyə bilmir, baxır sifətimə, verir.

GECƏLƏR NARDARANDA İKİ-İKİ GƏZMƏK QADAĞANDIR?

Sakinlərin dediyinə görə, onların narahatlığı təkcə işsizlik, pulsuzluqdan deyil, həm də son günlər kənddəki həbslərlə bağlıdır. Kənd sakini Heydər İmanverdiyevin sözlərinə görə, bir-neçə həmkəndlilərini narkotika ittihamı ilə həbs etsələr də, həmin adamlar Nardaranda daha çox xeyriyyəçi kimi tanınır:

«Kəndlimiz Hacı Elçinə, Hacı Dilavərə narkotik maddəni göstərsən, bəlkə heç bilməzlər o nədir. Amma 53 qram birinin, 47 qram da digərinin boynuna qoyulub. İndi Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılırlar. Yaxınları ilə görüşə də imkan verilmir. Elə apardıqları yeməyi çöldən qəbul edirlər. Görüş vermirlər».

Digər kənd sakinləri də həbsdə olanlarla bağlı eyni fikirdədirlər:

- Biz həbs olunanları əkinçi, dindar, namaz qılan adam kimi tanımışıq. Kimdən də soruşsanız onlar barəsində başqa bir şey deməyəcək.

Sakinlərin dediyinə görə, iki gün əvvəl gecə saatlarında digər bir kənd sakinini də mülki geyimli şəxslər axtarıblar. Amma həmin vaxt evdə olmadığından onu həbs edə bilməyiblər. Sakinlərin sözlərinə görə, daha bir neçə həmkəndliləri də axtarışdadır. Hətta sakinlərdən bəziləri deyir ki, son günlər axşam saatlarında küçələrə çıxmağa belə ehtiyat edirlər.

«İLHAM ƏLİYEV DÖVLƏTİMİZİN PADŞAHIDIR»

İlham Əliyev
İlham Əliyev
Sakinlərin fikrincə, hansısa məmur yuxarılarda nardaranlıların hakimiyyətə, prezidentə qarşı çıxması ilə bağlı mənfi fikir formalaşdırmağa çalışır. Sakinlər həm də əmindirlər ki, kəndlərinə qarşı edilən haqsızlıqlardan prezident xəbərsizdir:

«Allaha şükür, bizim dövlətlə şəxsi qərəzliyimiz yoxdur, İlham Əliyevdir, Allah canını sağ eləsin, min yaşasın. Biz ona güldən artıq bir söz deyə bilmərik, çünki o, dövlətimizin padşahıdır. Vallah bu kənd elə bir kənd deyil. Dinimizdə, namazımızdayıq. Öz zəhmətimizlə işləyib, pulumuzu qazanırıq».

NARDARANLILAR YENİ YANACAQ NÖVÜ TAPIB

Sakinlər ətraf qəsəbə və kəndlərlə müqayisədə Nardarana göstərilən münasibətin anlaşılan olmadığını deyirlər:

- 2011-ci ildir, gör nə gündəyik. Adamlar kosmosda məskən salıb, amma biz qazsız, işıqsız. 1941-45-ci illərdəki həyatı yaşayırıq. Nardaranın bu başından o başına qədər hamısı qaza həsrətdir.

Kənd sakini Elman Məmmədov deyir normal elektrik enerjisi və təbii qaz olmadığından istilikxanada əkib becərdiyi güllər bu günlərdəki şaxtalı havada tamamilə solub zay olub.

Elman Məmmədovun sözlərinə görə, indi evlərini və istilikxananı yol kənarından həftədə bir dəfə yığıb topladığı polietilen kisələr, plastik içki qabları ilə qızdırır:

«Yol kənarından gedib selofon, plastik butulkalar yığıb gətirirəm evi, hamamı, istilikxananı onunla qızdırıram».

İCRA NÜMAYƏNDƏSİ: SAKİNLƏRİN DEDİYİNƏ ƏLAVƏM YOXDUR

Nardaran kənd icra nümayəndəsi isə Tofiq Həsənovun kənd sakinlərin vəziyyətin ağırlığı, işsizlik, istilik problemləri ilə bağlı dediklərinə əlavəsi olmadığını deyir. Qaldıkı son günlərin həbslərinə, icra nümayəndəsi bu məsələlərə hər hansı şərh vermək istəmir.

Nardaran sakinləri hesab edirlər ki, kənddə iş yerləri açılmadıqca, kəndə normal elektrik enerjisi, qaz verilmədikcə, narazılıqlar davamlı olacaq. Bir də nardaranlılar kənd sakinlərinin narkotika ittihamı ilə həbsinin dayandırılmasını, həbsdə olanların da buraxılmasını istəyirlər.

2000-ci illərin əvvəllərindən etibarən Bakının Nardaran kəndində vaxtaşırı sosial tələblərlə aksiyalar keçirilib. Bu aksiyaların birində polislə kənd sakinləri arasında qarşıdurma yaranıb, ölən və yaralananlar olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG