Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22

Qazaxıstanda baş vermiş iğtişaşın təşkilində şübhəli bilinən 5 nəfər saxlanıb


Ötən həftə Qazaxıstanın Janaozen şəhərində baş vermiş hərc-mərcliyin təşkilində şübhəli bilinən 5 nəfər həbs edilib.

Bu barədə İnterfaks agentliyi şəhər komendantına istinadla xəbər verir.

Hələlik onların adları açıqlanmır.

Komendant Amanjola Kabılovun sözlərinə görə, şəhərdə baş vermiş hərc-mərclik zamanı
14 adam ölüb, 99 nəfərsə yaralanıb.

Ölkə müxalifəti baş verənlərin hərtərəfli araşdırılmasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG