Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:19

“Nizami” kinoteatrına Kino Mərkəzi statusu verildi


“Nizami” kinoteatrına Kino Mərkəzi statusu verilib.

Bunu APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov deyib.

Şöbə müdiri deyib ki, dekabrın 27-də açılış mərasimi keçiriləcək bu məkan qonaqları “Nizami” Kino Mərkəzi kimi qarşılayacaq.

Kino mərkəzin açılışında yeni çəkilən, xarici istehsal olan “Muşketyorlar 3D” filmi nümayiş olunacaq.

Macəra-ekşn janrında olan bu film Aleksandr Dümanın klassik romanının motivləri əsasında “Şər iqamətgahı 3D” filminin rejissoru tərəfindən çəkilib. Filmin rollarında Loqan Lerman, Mila Yovoviç, Metyu Makfeyden, Rey Stivenson, Lyuk Evans, Meds Mikkelsen, Qabriela Uald, Ceyms Korden, Juno Templ, Freddi Foks, Orlando Blum, Kristof Valts çəkiliblər. Filmin prodüseri Ceremi Bolt, rejissoru Pol Andersondur.

C.Məmmədov deyib ki, kino mərkəzinin açılışında məhz bu filmin nümayiş olunmasına səbəb 3d formatında olmasıdır: “Düşündük ki, 3D formatında filmin nümayişi daha yerinə düşər.

Bu mərkəzin üstünlüyü də məhz bundadır. Azərbaycan filmləri arasında bu formatda film olmadığından qərarımız belə oldu. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycanda da 3D formatında filmlər istehsalı olunacaq”.

Quruma hələ ki, yeni direktor təyinatı olmayıb və bu təyinatın yaxın vaxtlarda olması nəzərdə tutulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG