Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:13

Qərb bölgəsində 100 hektara yaxın yeni üzüm bağları salınıb


Bu barədə məlumatı Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov verib. Bildirib ki, salınan bağların 25 faizini süfrə, qalanı isə texniki sortlar təşkil edir.

C.Qəhrəmanov bildirib ki, yeni salınan üzüm bağlarının 20 faizi Türkiyə və Fransadan gətirilən sortlardan ibarətdir.

Bölgədə hazırda 1700 hektar üzüm sahəsi var ki, onun da 200 hektarını cavan bağlar təşkil edir. Bu il üzüm sahələrinin hektarından 10 ton olmaqla, 150 min tona yaxın məhsul yığılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG