Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:28

Əcnəbi jurnalistləri döyənlərə cəza istənib


Dekabrın 21-də Yasamal rayon Məhkəməsində dövlət ittihamçısı Amanda EricksonCelia Davies'i döyməkdə təqsirləndirilənlərə iş istəyib.

O, Adil Tağızadənin 5 il 6 ay, Vüsal Qurbanov, Roman HəsənovNazim Hüseynovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 26-da davam edəcək.

Böyük Britaniya vətəndaşı Celia Davies və ABŞ vətəndaşı Amanda Erickson bu il iyunun 16-da gecə saatlarında Bakının Yasamal rayonunda döyülmüşdülər.

Hadisədə 4 nəfər təqsirləndirilir. Onlar Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.

Adıçəkilən iki xanım isə Azərbaycanda jurnalist və qeyri-hökumət təşkilatlarına treninq keçir, onlarla əməkdaşlıq edirlər. Amanda Erickson «Washington Post» və «New-York Times» qəzetləri ilə də əməkdaşlıq edir.
XS
SM
MD
LG