Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:19

Konqres Obamanı Ermənistan və Azərbaycana hərbi yardımlarda pariteti gözləməyə çağırır


«ABŞ Konqresi Obama Administrasiyasını Ermənistan və Azərbaycana göstərilən hərbi yardımda bərabərliyi gözləməyə çağırır».

Nümayəndələr Palatası və Senatda 2012-ci maliyyə ili üçün təsdiq olunan təxsisatlar layihəsində belə deyilir.

1200 səhifəlik sənəddə Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çağırılır.

«Biz bütün tərəfləri zorakılıq təhdidlərindən çəkinməyə, tərəflər arasında dialoq və etimad yaradan səyləri dəstəkləməyə çağırırıq. Bu, regional təhlükəsizlik və «xalqdan xalqa» proqramları üçün lazımdır», - deyə layihədə bildirilir.

ABŞ 2012-ci maliyyə ilində Avropa, Avrasiya və Mərkəzi Asiya ölkələrinə 626.7 milyon dollar yardım ayırıb.

Bu, 2011-ci ildə ayrılan vəsaitdən 69 milyon dollar azdır. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG