Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:18

Suriyada 50-dən artıq adam öldürülüb


Suriyanın İdlib əyalətində təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində onlarla adam həlak olub. Bu haqda suriyalı hüquq müdafiəçiləri məlumat verib.

Onlar deyir ki, 56 müxalifət fəalı və dinc sakin öldürülüb. Şahidlərdən biri isə bildirib ki, dünən xəstəxanalara 120-dən çox cəsəd gətirilib.

Dekabrın 22-də Ərəb Dövlətləri Liqası nümayəndə heyəti vəziyyəti öyrənmək üçün Suriyaya gəlməlidir.

BMT-nin məlumatına görə, mart ayından Suriyada keçirilən etiraz aksiyalarında 5 minə yazın adam həlak olub.
XS
SM
MD
LG