Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:05

Ə.Həsənov: «Azərbaycanı avtoritar rejimlər siyahısına salanlar qərəzlidirlər»


Əli Həsənov

Əli Həsənov

-

«Biz Azərbaycanı müəyyən təsnifatlar qrupuna ayıran təşkilatların rəyinə tənqidi münasibətdəyik».

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O, Azərbaycanı avtoritar rejimlər siyahısına salan qurumun qərəzli olduğunu bildirib:

«Təəssüflər olsun ki, son zamanlar bu kimi təsnifatları aparan beynəlxalq təşkilatların çoxu obyektiv meyarlardan, təhlillərdən çıxış etmirlər. Hansısa mərkəzlərin, təşkilatların, qurumların və yaxud dövlətlərin sifarişini yerinə yetirirlər».

Ə.Həsənov Azərbaycan hakimiyyətinin bu cür təsnifatlaşmaları subyektiv dəyərləndirdiyini, əsasən isə reaksiya vermədiyini deyib:

«Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasət Azərbaycan xalqının iradəsinə söykənir və bunun əsas meyarı da Azərbaycan xalqının dinc, firavan həyatıdır, ölkənin dünyada öz maraqlarını, təhlükəsizliyini təmin etməsidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG