Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:34

İmamları təyyarədən düşürdüblər


Arxiv foto
Arxiv foto

Pilot düşünüb ki, dini geyimdə olan müsəlmanların sərnişinləri narahat edəcək


Tenessi ştatından olan iki İslam dini lideri yerli aviaşirkətləri məhkəməyə verib. Onlar iddia edirlər ki, dini geyimdə olduqlarına görə Delta Air Lines və Atlantic Southeast Airlines (ASA) onların uçmasına icazə verməyib.

Hadisə bu ilin mayında baş verib. İmam rütbəsini daşıyan Masadur Rahman və Mohammed Zaghloul Şimali Karolinada keçirilən dini seminara getmək üçün Memfis beynəlxalq aeroportuna gəliblər. Onlar qaydalara uyğun olaraq bir neçə dəfə yoxlamadan keçərək təyyarəyə buraxılıblar.

Lakin təyyarə uçuşa hazırlaşarkən dini liderləri bir daha yoxlamadan keçiriblər. Uçuş anında bir daha şəxsiyyət vəsiqələrinə baxıblar. Təyyarə uçuş zolağına çıxandan sonra pilot geri qayıdıb. Təyyarə qapıya çatan kimi imamları aeroporta çağırıblar.

Burada Delta şirkətinin nəzarətçisi bir daha onların baqajını və özlərini yoxlayıb. İmamlardan üzr istəyərək onları təyyarəyə göndəriblər. Lakin pilot onları içəri buraxmayıb. Delta nəzarətçisi ona başa salmağa çalışıb ki, ağlabatan səbəb olmadan sərnişinləri reysə buraxmamaq olmaz. Amma danışıqlar nəticə verməyib.

Rahman və Zaghoul aviaşirkətin yüksək rütbəli məmurunun gəlməsini gözlədikləri bir vaxtda təyyarə yenidən uçuş zolağına çıxıb. Lakin şirkətdən pilota geri qayıtmağı tapşırıblar. Təyyarə yenidən hava limanına qayıdıb.

Bundan sonra “Delta”nın meneceri pilotla yarım saat söhbət etsə də, o, iddiaçıları təyyarəyə buraxmayacağını bəyan edib. Pilot deyib ki, sərnişinlər bu insanların təyyarədə olmasına narahatlıq keçirir. Halbuki, “Delta”nın meneceri sərnişinlər arasında kiminsə narahat olub-olmadığını soruşub. Lakin pilotdan başqa heç kim narazılığını bildirməyib.

Nəhayət təyyarə imamlar olmadan uçub. Pakistandan olan Masadur Rahman Memfis Universitetində ərəb dili üzrə professordur. Əslən Misirli Mohammed Zaghloul isə Memfis İslam Assosiasiyasının lideridir. Onlar Memfis reysinə bileti internetdən alıblarmış. Bu, Delta və ASA şirkətinin birgə təşkil etdiyi reys imiş.

“Delta istənilən formada ayrıseçkiliyə qarşı çıxır. Bizim əməkdaşlarımın hər zaman sərnişinlərin təhlükəsizliyinə naminə hərəkət edirlər. Biz iddia ilə bağlı bundan artıq bir söz deyə bilmərik”. Delta Air Lines şirkətinin mətbuat katibi Erik Torbenson iddia ilə bağlı jurnalistlərin suallarını belə cavablandırıb. ASA-nın ictimaiyyətlə əlaqələndiricisi Elison Beyker də məsələni şərh etməkdən imtina edib.

İddiaçılar artıq federal məhkəməyə müraciət ediblər. Onlar özlərinə dəyən mənəvi və maddi ziyanın ödənilməsini, həmçinin günahkarların cəzalandırılmasını istəyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG