Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:40

Tağı Əhmədovun xahişi, absurd teatrı, Qazaxıstan möcüzəsinin sonu


Mətbuat icmalı
Mətbuat icmalı
«Xahiş edirəm, mənə belə sual verməyin». «Yeni Müsavat» qəzetinə müsahibəsində Metropoliten İdarəsinin rəisi Tağı Əhmədov belə deyib.

Qəzetin «Axı dövlətin bu qədər pulu var. Neftdən bu qədər gəlir əldə olunur. Siz demirsiz ki, dotasiyanı bir az da artırsınlar?» sualına o belə cavab verib:

«Xahiş edirəm, mənə belə sual verməyin. Bu, mənlik deyil. Yəqin ki, dövlətin maliyyə sistemində bu qədər dotasiya vermək qeyd olunub. O qədər də verilir. Misal üçün, Moskva Metropoliteni işçilərinin aylıq əməkhaqqı 1400 dollardır. Bizdə isə bu artıq 600 dollara qalxır. Bəzi ağzıgöyçəklər deyirlər ki, xaricdə vəziyyət belədir-elədir. Onlar çox səhv edirlər. Bu gün Fransa, Moskva metroları bomjların məkanına çevrilib. Heç metroya oxşarlığı yoxdur. Ancaq Bakı Metropoliteninə hər səhər girəndə hamı təmizliyə heyran qalır…».

«Azadlıq» qəzeti yazır: «Misir Mərdanovun həbsdəki işçisi şok faktlar açıqlayacaq».
Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin həbsdə olan müdir müavini Orxan Kərimov qəzetə məktub göndərib. Onu bu ilin iyununda Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi həbs edib. Məktubda deyilir ki, korrupsiya ilə mübarizə cəmiyyətdə zəruri sağlamlaşma tədbiri kimi qəbul edilir:
«Ancaq təəssüf ki, bəzi icraçılar bu xoş məramı da absurd «teatra» çevirirlər, qaş düzəldən yerdə göz çıxardırlar. Belə getsə, tezliklə Korrupsiya ilə Mübarizə Qurbanlarının İctimai Birliyini yaratmağa ehtiyac yaranacaq».

Orxan Kərimov məktubun sonunda yazır: «Qarşıda hələ çox maraqlı məhkəmə prosesi var. «Absurd tamaşanın» məcburi baş qəhrəmanlarından biri kimi maraqlananları «premyeraya» dəvət edirəm…».

«Zerkalo» qəzeti Qazaxıstanın Janaozen şəhərində baş verənləri təhlil edir. Məqalə belə adlanır: «Qazaxıstan möcüzəsinin sonu». Müəllifin fikrincə, Nazarbayev rejimi ciddi problemlərlə üz-üzədir:

«Moskvada Putin müxalifətlə kompromis axtarmır. Qazaxıstanda isə eynən bu şəkildə daxili qoşunların və xüsusi təyinatlıların yardımından istifadə olunur».
Müəllifə görə, bu, heç də həmişə köməyə gəlmir. Astana və Moskva bunu rədd etsə də.

«Azərbaycan» qəzeti 2012-ci il dövlət büdcəsi haqqında qanunun tətbiqi ilə bağlı prezident fərmanını və növbəti ilin büdcəsini dərc edib.

«Yeni Azərbaycan» qəzeti isə İlham Əliyevin Rusiyaya səfərindən yazır. Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi toplantısında iştirak edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG