Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:31

XİN: Deputatların erməni lobbisinin girovuna çevrilməsi təəssüf doğurur


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

«Qondarma «erməni soyqırımı» kimi qələmə verilən hadisələri tarixçilər araşdırmalı, bu hadisələrə müvafiq qiyməti onlar verməlidir».

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Fransa Senatının «erməni soyqırımı»nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini müzakirəyə çıxarmasını «APA»ya belə şərh edib:

«Bəzi ölkələrdə deputatların erməni lobbisinin girovuna çevrilməsi təəssüf doğurur, hansı ki bu, həmin ölkələrin milli maraqlarına konkret olaraq cavab vermir».

Dekabrın əvvəllərində «Xalq Hərəkatı Uğrunda İttifaq»dan olan millət vəkilləri Fransa parlamentinin qanunvericilik komissiyasına «erməni soyqırımı»nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Fransa Senatında bu qanun layihəsi ilə bağlı səsvermə dekabrın 22-nə təyin olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG