Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:48

Yeni il bayramında Bakı-Tbilisi turist qatarı xəttə buraxılacaq


«Azərbaycan Dəmir Yolları» QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə «APA»ya QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Sərnişin sıxlığını azaltmaq üçün Bakıdan dekabrın 29-30-da və yanvarın 2-3-də 668/667 saylı Bakı-Böyük Kəsik-Bakı və 616/615 saylı Bakı-Mingəçevir-Bakı «Ekspress» qatarları xəttə buraxılacaq.

Bundan başqa, dekabrın 29-da və yanvarın 2-də 752/751 saylı Bakı-Tbilisi-Bakı turist qatarı təyin olunacaq.

Sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 əlavə vaqon qoşulacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG