Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00

Masallıda «hər evdə aclıq keçirək» aksiyası


Dekabrın 18-də Masallı rayonunun Musaküçə kəndində «Masallı Ziyalılar İctimai Birliyi»nin sədri Məmmədağa Eynullayev aclıq aksiyasına başlayıb. Aksiyada kənd sakinləri Ramil İbadullayev və Hikmət Babayev də iştirak edir. Məmmədağa Eynullayev və Ramil İbadullayev YAP üzvləridir.
Aksiya «hər evdə aclıq keçirək» devizi ilə keçirilir.
Məmmədağa Eynullayev AzadlıqRadiosunun müxbirinə deyib ki, bu gün onlara müxtəlif kəndlərdə yaşayan 15 nəfər də qoşulub. Aclıq edənlər Masallı rayonundakı məmur özbaşınalığına, sahibkarlara olan təzyiqlərə, rayon sakinlərinin şikayətlərinə qulaq asılmamasına etiraz edirlər.
Masallı rayon icra hakimiyyətindən isə deyilənlərə münasibət bildirməyiblər.

Musaküçə kənd icra nümayəndəsi Şəmsəddin Seymurov isə AzadlıqRadiosunun müxbirinə bildirib ki, aclıq edənlərin dedikləri yalan və böhtandır. O deyib ki, «rayonda kifayət qədər işlər gedir, 13 kəndə qaz çəkilir, son iki ildə isə rayonda 32 yeni məktəb tikilib».
Aclıq edənlər aksiyanı tələblərinə reaksiya verilənə qədər davam etdirəcəklərini bildiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG