Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:36

İraqın vitse-prezidentinin həbsinə qərar verilib


Tareq al-Hashemi
Tareq al-Hashemi
İraqın vitse-prezidenti Tareq al-Hasheminin həbsinə order verilməsi ölkəni siyasi böhrana sürükləyə bilər. O, terrorla mübarizə qanunlarını pozmaqda ittiham edilir.
ABŞ qüvvələri İraqı tərk edəndən az sonra sektalar arasında gərginlik artıb. Tareq al-Hashemi sünni məzhəbinə mənsubdur. Hokumətin aparıcı üzvləri isə şiə təriqətli müsəlmanlardır.

Bu gün Bağdadda keçirilən mətbuat konfransında Daxili İşlər Nazirliyinin general-mayoru Kamal Hussein elan edib ki, Tareq al-Hasheminin həbsinə order verilib. Bundan əvvəl isə vitse-prezidentə ölkəni tərk etmək qadağan olunmuşdu.

VİTSE-PREZİDENTİN CANGÜDƏNİ TERROR TÖRƏTMƏKDƏ İTTİHAM OLUNUR

Eyni zamanda, dövlət televizisiyası olan Əl-İraqiyyə 30 dəqiqəlik süjetdə daxili işlər nazirliyinə istinadla göstərib ki, Hasheminin 3 çangüdəni terror aktlarını planlaşdırdıqlarını və yerinə yetirdiklərini etiraf ediblər və bildiriblər ki, bunun üçün maliyyə və dəstəyi vitse-prezidentdən alıblar.

Onlar şəhər meydanında bomba yerləşdirməyi və İraq rəsmilərini daşıyan maşın karvanına atəş açmağı təsvir ediblər.

Onlardan biri deyib ki, Hashimi terror aktlarından birini yerinə yetirəndən sonra ona içində 3 min dollar olan zərf verib.

Baş nazirin müavini Saleh al-Mutlak da sünnilərin İraqiya blokunun üzvüdür. O deyib ki, televiziyada göstərilən etiraf "siyasi"dir və İraqiyya bunu inkar edir.

The New York Times yazır ki, vitse-prezidentin köməkçisi televiziyada göstərilən kişinin onlarla işlədiyini etiraf edib, amma deyib ki, adamın danışdıqları böhtandır.
Köməkçi deyib ki, Hashimi hazırda ölkənin şimalındadır və uzun müddətdi rəqibi olan baş nazir Nuri al-Maliki ilə artan soyuqluğu yumşaltmaq üçün Kürd rəsmiləri ilə görüşür.

Bu gün səhər vitse-prezidentin ofisi evin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmasından şikayətlənib, bunu "məqsədli narahatçılıq" adlandırıb.

İRAQDA SİYASİ BÖHRAN YARANA BİLƏR

Masud Barzani
Masud Barzani
Dekabrın 20-də İraqın muxtar Kürd regionunun rəhbəri Masud Barzani ölkəni dağıda biləcək hadisələrin qarşısını almaq üçün təcili danışıqlara çağırıb, xəbərdarlıq edib ki, vəziyyət getdikcə dərinləşə bilər.

ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland hesab edir ki, bu hadisələrlə bağlı münasibətini açıqlayıb:

"Biz partiyaların hamısı ilə danışırıq. Biz bu hadisələrin inkişafından narahatlığımızı bildirmişik. Biz İraqdakı bütün siyasi tərəfləri çağırırıq ki, müxtəlif baxışlarına rəğmən dinc şəraitdə işləsinlər, dialoqa getsinlər və əlbəttə, bütün bunlar demokratik siyasi proseslərə və beynəlxalq standartlara uyğun olsun.

Ötən həftənin sonu İraqiya bloku baş nazir Malikini güc strukturlarına hakimiyyəti mənimsəməkdə ittiham edərək qarşıdan gələn seçkiləri boykot edəcəyini bəyan etmişdi.

Sünni və şiə siyasətçilərinin arasındakl konflikt daxili və müdafiə nazirlərinin təyinatına mane olan zaman Maliki bu nazirliklərə nəzarəti həyata keçirmişdi.

BAŞ NAZİR VİTSE-PREZİDENTİN İSTEFASINI TƏLƏB EDİR

Dekabrın 18-də Maliki noyabrın 28-də baş verən terror aktında Hashiminin təhlükəsizlik ştatının üzvlərini ittiham edib, deyib ki, bu hücum zamanı hədəfə o alınıb.

O, tələb edib ki, Hashemi və baş nazirin müavini Mutlak öz vəzifələrini tərk etsinlər.

Bu həftənin əvvəli vitse-prezidentin ondan çox cangüdəni həbs olunub.

İraqiya bloku 325 nəfərlik parlamentdə 82 yerə sahibdir. Bir neçə nazir postuna nəzarət edir.

Bloka keçmiş baş nazir Ayad Allawi başçılıq edib, 2010-cu ilin mayında keçirilən seçkilər zamanı İraqın Sünni əhalisinin əksəriyyətinin dəstəyini alıb.

Baş nazirin müavini Mutlaq deyib ki, əgər onların tələbləri tezliklə yerinə yetirilməzsə, İraqiyya bir sıra addımlar ata bilər, məsələn, Maliki hökumətindəki nazirləri geri çağıra bilər.

Sayta hazırladı: Səadət Akifqızı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG