Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:54

Müğənni "Azercell" şirkətindən baş prokurora şikayət etdi


Populyar müğənni Röya Azərbaycanın baş prokuroru Zakir Qaralova şikayət edib.

Bu barədə APA-ya məlumat verən müğənni Röyanın mətbuat katibi və hüquqi işlərdə səlahiyyətli nümayəndəsi Ülviyyə Alovlu deyib ki, sənətçi ifaçılıq sənətinin məhsulu olan mahnılarından və adından icazəsiz istifadəyə görə “Azercell” şirkətindən şikayətçidir və bu səbəbdən baş prokurorun ünvanına şikayət ərizəsi yazıb.

Ü. Alovlu deyib ki, bu qanun pozuntusu artıq 10 ildir davam edir: “Bu cinayətin qarşısı alınmayınca, Röyaya vurulan ziyan ödənilməyincə, biz hüquqlarımızın bərpasını tələb edəcəyik”.

Baş Prokuror Zakir Qaralova ünvanlanan müraciətdə bildirilir:

“Azərbaycan Respublikasının Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun 15-ci (Əmlak (iqtisadi) hüquqları) maddəsinin 3-cü bəndinə əsasən Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir.

Lakin, Azercell Telekom MMC mənim müəllif hüquqlarımı kobud surətdə pozaraq, ifa etdiyim mahnıları mənimlə razılaşdırmadan müştərilərinə təqdim etdiyi “Zəngimcell” xidmətlərində istifadə edir.

Nəticədə, mənə külli miqdarda maddi və mənəvi zərər vurulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 165-ci (Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) maddəsinə əsasən, folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin yüz əlli mislindən beş yüz əlli mislinədək miqdarda cərimə və ya altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır.

Səlahiyyətləriniz çərçivəsində bu qanun pozuntularını aradan qaldırmağınızı və “Azercell Telekom” MMC-nin vəzifəli şəxslərini törətdikləri cinayət əməllərinə görə məsuliyyətə cəlb etməyinizi xahiş edirəm”.

Day.Az saytı Azercell-dən məsələ ilə bağlı verilən açıqlamanı yayıb:

««Azercell» şirkətinin «Zengimcell» xidməti xüsusi şirkət - kontent-provayder vasitəsilə həyata keçirilir. Şirkətimiz yalnız bu xidmətə texniki dəstəyə görə məsuliyyət daşıyır. Belə hallarda müəllif qonorarlarına aid məsələlər yalnız kontent-provayder tərəfindən həll olunur. Beləliklə, müğənni məsələnin həlli üçün müvafiq şirkətə və ya müəllif hüquqlarının müdafiəsilə məşğul olan quruma müraciət etməlidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG