Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:16

“Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifədən getdi


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının direktoru, xalq artisti Xamis Muradov vəzifəsindən ayrılıb. Artıq kinostudiyaya yeni direktor da təyin olunub. Bundan sonra kinostudiyaya Müşfiq Hətəmov rəhbərlik edəcək.

Kinostudiyanın əvvəlki direktoru, xalq artisti Xamis Muradov Lent.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, direktor vəzifəsindən öz ərizəsi və istəyi ilə azad olunub:

“Ərizəmi yazıb işdən ayrıldım. Mənim qan təzyiqim yüksəkdir, şəkərim var. 10 il direktor işlədim, daha bəsdir. Kinostudiya üçün gücüm çatanı etdim. Bundan sonra da əlimdən gələni etməyə hazıram. Yeni direktora da uğurlar arzulayıram. Allah işini xeyirli etsin”.

Qeyd edək ki, Müşfiq Hətəmov bundan öncə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini işləyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG