Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:12

“Qanun” nəşriyyatından daha üç kitab


Lamançlı don Kixot

“Qanun” və “Əli və Nino” nəşriyyatları dahi ispan yazıçısı Servantesin “Lamançlı don Kixot” əsərini latın qrafikasıyla nəşr edib. (“Klassiklər” seriyası)

Don Kixot insana məhəbbət naminə təmənnasız xeyirxahlığa, hətta cəngavər şücaətinə hazırdır.

Lakin həyat onun xəyallarını sərt bir şəkildə puç edir. Haqsızlığın hökm sürdüyü mühitdə onun fədakarlığı və romantik xəyalları mənasız, sadəlövh və gülünc görünür. Əsəri Pənah Xəlilov tərcümə edib.

Kainatin varolma üsullari

“Qanun” nəşriyyatı həm də şair Ibrahim Ibrahimlinin “Kainatin varolma üsulları” kitabını nəşr edib.

Kitabda müəllifin təbirincə, “janrsız janr”a aid olan poeziya mətnləri, bir pərdəli monopyes, pyeslər, teatr sənəti haqqinda manifest və psixoloji janrda roman yer alib.

Müəllif romanda Allahin mövcudlugu ilə bağlı fəlsəfi-psixoloji düsüncələrini - fərqli bucaqdan yanaşma sayır.

Müəllifin kitabin ilk səhifəsindəki qeydinə görə bu kitabı oxucularına “Izmlərsiz ədəbiyyat və sənət məktəbi mərkəzi təqdim edir”

Bu vaxtın sahibi

“Bu vaxtın sahibi” ("Qanun" nəşr.) gənc yazar Oktay Hacımusalının sayca üçüncü kitabıdır.

İki şeir kitabının müəllifi bu dəfə oxucuların görüşünə roman-gündəliklə gəlir. Kitabda real tarixi hadisələrlə yanaşı, təxəyyül məhsulu olan hadisələrdən, müəllifin uşaqlıq illərindən və onun həyatında dərin izlər buraxmış Meydan hərəkatından söhbət açılır.

Bir uğursuz sevgi üzündən hərbi xidmətdə ikən intiharın qapısının ağzına kimi gələn müəllif qəflətən özündə güc tapır.

Onu bu qərarından vaz keçirən nədir? Hərbi xidmətdə yanında havanın səssizliyini pozan güllə səsimi? Hər gün kəndə gedən su borularını deşib su götürməklərimi?

Bəlkə yolunu gözləyənlər? Bəlkə yarımçıq qoyub gəldiyi həyatı?

O, bu “bəlkə”lərə bir son qoymaq üçün tezliklə hərbi xidmətini başa vurub geri qayıtmaq istəyir…

Günün bütün mövzuları

XS
SM
MD
LG