Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:07

Şiə hökuməti sünni vitse prezidentin həbsinə göstəriş verib


Şiələrin əksəriyyət təşkil etdiyi Iraq hökuməti sünnilərin ən yüksək vəzifəli şəxsi vitse prezident Tariq al Hasheminin həbsinə göstəriş verib.

Vitse prezident terrorizmdə ittiham olunur.

Daxili işlər naziri Adil Daham televiziya ilə çıxışında deyib ki, terrorçulardan alınan ifadələr onların al Hashemi ilə əlaqələrini göstərir.

Al Hashemi Bağdadı tərk edib və yarımüstəqilı Kürdüstan regionuna gedib.

İraq prezidenti Jalal Talabaninin ofisi bildirib ki, vitse prezidentin həbsinə order verilməsi Talabani üçün sürpriz olub.
XS
SM
MD
LG