Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:16

Çexiya səfirliyində Vaclav Havelin xatirə kitabı açılacaq


Çexiya Respublikasının sabiq prezidenti Vatslav Havelin vəfatı ilə əlaqədar Çexiyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Çexiya səfirliyindən APA-ya bildirilib ki, başsağlığı vermək istəyənlər dekabrın 21-də saat 10-dan 16-ya kimi, dekabrın 22-də saat 14-dən 17-yə kimi səfirliyə gəlib öz ürək sözlərini yaza bilərlər.

Səfirliyin məlumatında o da bildirilir ki, şəxsi başsaqlıqlarını göndərmək istəyənlər sabiq prezidentin dəftərxanasına - Voršilská 10, 110 00 Praha 1, Czech Republic - adlı ünvana məktub ünvanlıya bilərlər.

Vatslav Havel dekabrın 18-də 75 yaşında vəfat edib.
XS
SM
MD
LG