Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20

M.Mərdanovun həbsdəki işçisindən məktub, Balkanların ləyaqətli dostu...


Mətbuat icmalı

Mətbuat icmalı

İyunun 6-da Təhsil Nazirliyinin rüşvət alma ittihamı ilə həbs edilən iqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimov «Azadlıq» qəzetinə göndərdiyi məktubda həbsində «dostlarının» əlinin olduğuna işarə vurur:

«Məlum olduğu kimi, mənə qarşı qanunsuz tələbə köçürmələri məqsədilə rüşvət alma ittihamı irəli sürülüb. Mən isə Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsində işləmişəm, tələbə köçürmələri ilə heç istəsəydim belə, məşğul ola bilməzdim. Yəni, bu sahə mənim iş fəaliyyətim, xidmət səlahiyyətlərim çərçivəsində olmayıb. Tələbə köçürmələri tamam başqa məsul əməkdaşların fəaliyyət sferasına aiddir…».

«Yeni Azərbaycan» qəzeti prezident İlham Əliyevin Sumqayıt səfərindən yazıb. Dövlət başçısı Sumqayıt Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Prezident və xanımı Mehriban Əliyeva Sumqayıt şəhər parkında əsaslı yenidənqurma və abadlıq işləri ilə tanış olublar. Parkın əsası 1956-1960-cı illərdə qoyulub. 1967-ci ildən istirahət parkı kimi fəaliyyətə başlayıb.

«Bizi hökumətlə üz-üzə qoymaq istəyirlər». «Bizim yol» qəzeti yazır ki, Nardaranda həbslər başlanıb, daha bir neçə sakin barədə axtarış elan olunub. Kənd sakinləri qəzetə bildiriblər ki, «Bakıelektrikşəbəkə» qəsəbəyə işığı fasilələrlə verir: «İnsanlar evlərində palto, papaqla yatıb-dururlar». Kənd ağsaqqallarından Natiq Kərimov deyir ki, işıq idarəsi dövlətin quraşdırdığı sayğacların pulunu istəyir: «Hər ailədən 115 manat tələb edirlər. Bu azmış kimi, köhnə borcları da istəyirlər. Halbuki köhnə borclar silinib. İnsanları bilərəkdən üsyana sövq edirlər. Nardaranda işıqların söndürülməsində maraqlı qüvvələr var. Bizi hökumətlə üz-üzə qoymaq istəyirlər…» .

«Azərbaycan» qəzeti yazır ki, təsisçisi dünya şöhrətli idmançı, Serbiya Olimpiya Komitəsinin sədri Vlade Divats olan «Ana və Vlade Divats» Fondu prezident İlham Əliyevi 2011-ci ilin «Balkanların ləyaqətli dostu» mükafatı ilə təltif edib.
XS
SM
MD
LG