Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:57

Gənclər Fondu yaradılıb


Prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında fərman imzalayıb.

AzərTac-ın məlumatına görə, ölkə başçısı “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Əsasnaməsi”ni təsdiq edib.

Fərmana əsasən, Gənclər Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilib.
Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlaması tapşırılıb.

Fərmana görə, Nazirlər Kabineti Gənclər Fondunun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etməlidir.
XS
SM
MD
LG